"Xəzər Lənkəran" "Bakı" üçün başladı

12:00 - 9 Dekabr 2014

XV turun matçı

 

“Qəbələ” ilə oyundan sonra sərbəst buraxılan “Xəzər Lənkəran” bir günlük istirahətin ardından yenidən bir araya gəlir.

Sportal.az 12cioyuncu.az-a istinadən xəbər verir ki, cənub təmsilçisi bu gün, dekabrın 9-da səhər saat 11:00-da Bakıda yerləşən “Emerald” otelinin qarşısında toplanacaq. Saat 12:00-da isə komanda köhnə neftçi-bazada bərpa məşqinə çıxacaq.

Qeyd edək ki, qarşıdakı günlər  ərzində paytaxtda hazırlaşacaq “Xəzər Lənkəran”, Premyer Liqanın XVI turu çərçivəsində, dekabrın 14-də “Bakı” klubunun qonağı olacaq.

Xəbər xətti