Mançini: "Bakıya gəzməyə yox, qələbə qazanmağa gəlmişik"

20:50 - 10 Dekabr 2014

“Qarabağ”ı yaxşı təhlil etmişik

 

"İnter"in baş məşqçisi Roberto Mançini Bakıda mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, o, sabah "Qarabağ"a qarşı keçiriləcək avroliqanın oyunu ilə bağlı sualları cavablandırıb.

 

-Türkiyədə çalışmağınız “Qarabağ”la oyuna köməklik göstərə bilər?

- Türkiyədə işləməyimin əhəmiyyəti yoxdur. “Qarabağ”ı yaxşı təhlil etmişik. Bura qələbə üçün gəlmişik.

 

- “İnter” “Udineze” ilə iki hissədə fərqli oynadı. Bu, yorğunluqla bağlıdır, yoxsa başqa səbəbi var?

- Düşünmürəm ki, burada fiziki amilin rolu var. Biz həmin görüşdə də yaxşı çıxış etdik.

 

- Razısınızmı, “İnter” və “Qarabağ” qrupda ən zəif hücum xəttinə malik olan komandalardır?

-Bunu deyənlərdən soruşsanız yaxşı olar. Düşünmürəm ki, hücum  xəttimiz zəifdir. Əlbəttə ki, həm “Qarabağ”ın, həm də “İnter”in hücumçuları güclüdür. Bura gəzməyə yox, qələbə qazanmağa gəlmişik.

 

- “Qalatasaray”dakı uğursuzluğunuz hazırda “İnter”də də davam edir. Bunun səbəbi sizdədir, yoxsa komandalarda?

- Siz yəqin “Qalatasaray”ın ötənilki oyunlarını yaxşı izləməmisiniz. “İnter” hazırda 12-ci pillədə olsa da,  irəli getməyə çalışırıq.

 

Mənbə:qol.az

Xəbər xətti