"Qrupdan çıxmaq şansımız çox azdır"
Fransanın "Sent-Etyen" klubunun futbolçusu Jonatan Brizon Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları Ukrayna "Dnepr"i ilə oyun öncəsi fikirlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, Fransa təmsilçisinin müdafiəçisi bunları söyləyib:
"Biz qələbə qazanmaq istəyirik. Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bütün komanda bilir ki, çox şey bizdən asılı deyil. Hər şey "Qarabağ"dan asılıdır. Onlar doğma meydanda "İnter"lə qarşılaşacaqlar. Qrupdan çıxmaq şansımız çox azdır. Amma hərdən nə baş verəcəyini bilmək olmur".