"Atletiko" və "Çelsi"nin futbolçuları siyahıda çoxluq təşkil edir
Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşı "11"liyi müəyyənləşib.
Sportal.az xəbər verir ki, ötən ilin ən yaxşı futbolçusu seçilən "Real" (Madrid) klubunun ulduz futbolçusu Kriştiano Ronaldo "11"likdən kənarda qalıb.
"Real"ın canlı əfsanəsi Raul Qonzalesi geridə qoyan "Barselona"nın futbolçusu Lionel Messi və BATE ilə görüşdə 5 dəfə fərqlənən "Şaxtyor" klubunun forvardı Luis Adriano ÇL-in qrup mərhələsinin ən yaxşı hücumçuları sırasında qərarlaşıb.
Qapıçı: Tomas Vaçlik ("Bazel")
Müdafiəçilər: Marselo ("Real", Madrid), Aymen Abdennour ("Monako"), Con Terri ("Çelsi"), Xuanfran ("Atletiko", Madrid)
Yarımmüdafiəçilər: Nemanya Matiç ("Çelsi"), Koke ("Atletiko", Madrid), Yaşin Brahimi ("Portu"), Aryen Robben ("Bavariya")
Hücumçular: Lionel Messi ("Barselona"), Luiz Adriano ("Şaxtyor", Donetsk)