Məşqçilər Komitəsinin üzvləri idman direktorları ilə görüşdü FOTO

17:00 - 11 Dekabr 2014

AFFA-nın inzibati binasında görüş keçirilib

 

Məşqçilər Komitəsinin üzvləri bu gün AFFA-nın inzibati binasında assosiasiya tərəfindən klublara təhkim olunmuş idman direktorlarından ikisi ilə görüş keçirib.

Sportal.az xəbər verir ki, əvvəlcə, AZAL-ın idman direktoru Daril Villardla mövcud vəziyyəti dəyərləndirən Məşqçilər Komitəsi daha sonra “Qarabağ”ın idman direktoru Con van Loenlə fikir mübadiləsi aparıb, klublarda uşaq futbolunun inkişafı istiqamətində görülən işlər barədə məlumat əldə ediblər.

 

Xəbər xətti