Məşqçilər Komitəsinin üzvləri idman direktorları ilə görüşdü FOTO

18:30 - 12 Dekabr 2014

AFFA-nın inzibati binasında görüş keçirildi

 

Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri “Bakı”, “Neftçi”, “Sumqayıt” və “Rəvan” klublarında çalışan, İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, AFFA tərəfindən təyin olunmuş idman direktorları Torsten Spittler, Jan Versleijen, Frank Bernhardt və Peter Neustadter ilə görüşüblər.

Sportal.az xəbər verir ki, görüş zamanı klublarda idman direktorlarının fəaliyyəti, uşaq futbolunun hazırkı durumu, mövcud problemlər və onların həlli yolları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər xətti