Futbolçu ilə bir çox klub maraqlanır
"Stromqodset"in 15 yaşlı yarımmüdafiəçisi Martin Edeqor "Bavariya"nın heyətində məşqlərə başlayıb.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Norveç millisində Avro-2016 seçmə mərhələsində Bolqarıstanla matça debüt edən 15 yaşlı Martın Avropa Çempionatları tarixində ən gənc futbolçu olub.
Qeyd edək ki, daha öncə "Liverpul"un heyətində məşqlərə çıxan futbolçu ilə "Real", "Barselona" və "Mançester Yunayted" kimi nəhəng klublar yaxından maraqlanır.
saytlarin hazirlanmasi