UEFA-nın baş katibinin müavini Rövnəq Abdullayevlə görüşdü FOTO

17:15 - 15 Dekabr 2014

Teodor Teodoridis Bakıda səfərdədir

 

UEFA-nın baş katibinin müavini Teodor Teodoridis Bakıya 1 günlük səfərə gəlib.

 

Sportal.az xəbər verir ki, UEFA rəsmisi bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb. Görüşdə Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər, regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” – “İnter” oyunu müzakirə olunub.
 

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.

Xəbər xətti