"Rasinq" 13 ildən sonra sevindi
Argentina Liqasında qalib müəyyənləşib.
Sportal.az xəbər verir ki, sonuncu turda "Rasinq" "Qodoy-Krus"a 1:0 hesabı ilə qalib gəlib.
Komanda 13 ildən sonra çempionluq sevinci yaşayıb. Qələbə qolunu 48-ci dəqiqədə Senturion vurub.
Qeyd edək ki, "Rivert Pleyt" çempionatı ikinci, "Lanus" isə üçüncü pillədə başa vurub.