Prosineçki iki oyun izləyəcək

18:35 - 16 Dekabr 2014

Baş məşqçi oyunları izləməkdə davam edir

 

Azərbaycan millisini baş məşqçisi Robert Prosineçki  dekabrın 17-də, saat 10:00-da Sumqayıt  şəhərindəki "Kapital arena" stadionunda  keçiriləcək  16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə “Sumqayıt” klubun U-17 komandası arasında   yoldaşlıq oyununu canlı izləyəcək.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu qarşılaşma ilə yanaşı Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində, saat 14:00-da, “Bakı” FK-nın Təlim-Məşq Bazasının stadionunda başlanacaq  "Bakı" – AZAL matçına da stadiondan baxacaq.

Xəbər xətti