Aryen Robben ölkəsində birincidir
Hollandiyada bu ilin ən yaxşı idmançısı bəlli olub.
Sportal.az xəbər verir ki,, "Bavariya"nın futbolçusu Aryen Robben ölkəsinin ən yaxşısı seçilib. Hollandiya millisinin üzvü bu il "Bavariya" ilə bundesliqanı və Almaniya kubokunu qazanıb. 30 yaşlı oyunçu Hollandiya millisi ilə "DÇ-2014"də üçüncü olub.
Qeyd edək ki, 1987-ci ildə keçmiş futbolçu Ruda Qullita ən yaxşı idmançı seçilmişdi.