Konfederasiyalar kubokunun başlama vaxtı müəyyənləşdi

23:05 - 19 Dekabr 2014

Turnir Rusiyanın 4 şəhərində keçiriləcək

 

"Konfederasiyalar kuboku-2017"nin başlama vaxtı açıqlanıb.

Sportal.az xəbər verir ki, Rusiyada keçiriləcək turnir 2017-ci il, iyunun 17-də başlayacaq. Konfederasiyalar kubokuna iyulun 2-i isə yekun vurulacaq.

Qeyd edək ki, turnirin oyunları Rusiyanın Moskva, Sankt-Peterburq, Soçi və Kazan şəhərlərində oynanılacaq.

Xəbər xətti