"Arsenal"da əsas heyətə düşə bilməyən futbolçu Yunanıstana üz tutur

16:20 - 22 Dekabr 2014

Yarımmüdafiəçi "Olimpiakos"a keçə bilər

 

"Arsenal"ın təcrübəli çexiyalı yarımmüdafiəçisi Tomaş Rosiçki karyerasını Yunanıstanda davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "topçular"ın əsas heyətinə düşməkdə çətinlik çəkən Rosiçkinin "Olimpiakos"dan gələn təklifi müsbət qarşılayacağı gözlənilir.

 

Qeyd edək ki, bu mövsüm "Arsenal"ın heyətində 165 dəqiqə meydanda olan 34 yaşlı yarımmüdafiəçinin klubla 2016-cı ilə qədər müqaviləsi var.

Xəbər xətti