Futbolçunun çıxışı qane etmir
"Mançester Yunayted"in gənc yarımmüdafiəçisi Adnan Yanuzay qış transfer pəncərəsində icarəyə verilə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, son vaxtlarda əsas heyətə düşə bilməyən 19 yaşlı futbolçunun çıxışı "qırmızı şeytanlar"ın baş məşqçisi Lui van Qalı qane etmir.
Qeyd edək ki, daha öncə "İnter" və "Real Sosyedad" kimi klublar futbolçu ilə maraqlanırdı.
saytlarin hazirlanmasi