Tibbi müayinədən keçib
"Malaqa"nın paraqvaylı təcrübəli hücumçusu Roke Santa Kruz karyerasını Meksikada davam etdirəcək.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu "Krus Azul"la razılığa gəlib. Futbolçunun transferi komandaya 500 min avroya başa gəlib.
Qeyd edək ki, "Krus Azul"da ilinə 1.6 milyon avro qazanacaq Santa Kruz, Meksikanın "Keretaro" klubunda çıxış edən Ronaldinyodan 326 min avro daha çox qazanacaq.