Cənub təmsilçisi islahatlara start verdi
"Xəzər Lənkəran”klubundan daha bir neçə futbolçu gedəcək.
Sportal.az xəbər verir ki, cənublular milli komandamızın üzvləri Rauf Əliyev, Əfran İsmayılov və Rəşad Sadiqovla yollarını ayıracaq.
Klub hər 3 futbolçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında pozacaq. “Ağ-yaşılların” Vanderson Skarduelli və Adrian Skarlatake də komandadan gedənlər arasında olacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” yanvarın 6-da Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına gedəcək.
saytlarin hazirlanmasi