Millimizin rəqiblərindən biri dəyişdi

11:55 - 24 Dekabr 2014

Albaniya yığması iştirak etməyəcək

 

2015-ci il yanvarın 3-dən 11-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığma komandalar arasında keçiriləcək FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə Azərbaycan yığmasının rəqiblərindən biri dəyişib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Albaniya yığması turnirdə iştirak etməyəcəyi üçün komandamız qrupda 1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Rusiya-2 yığması ilə qarşılaşacaq.

 

Futbolçularımızın digər rəqibi Yaponiya komandasıdır.

Xəbər xətti