Bundesliqa təmsilçisinin futbolçusu Fransaya üz tutur

14:30 - 24 Dekabr 2014

Yarımmüdafiəçi komandanı tərk edə bilər

 

"Volfsburq"un yarımmüdafiəçisi Kevin de Breyn karyerasını Fransada davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, belçikalı futbolçu qış transfer pəncərəsində "PSJ"nin heyətinə qatılacaq.

 

Qeyd edək ki, Breyn bu mövsüm "Volfsburq"un heyətində çıxdığı 24 matçda 6 qol və 12 asistlə yadda qalıb.

Xəbər xətti