Azarkeşlər "Xəzər Lənkəran" və "Sumqayıt"ı ziyana saldı

16:45 - 24 Dekabr 2014

İntizam Komitəsinin qərarları

 

Bu gün AFFA İntizam Komitəsinin növbti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Xəzər Lənkəran” – “Qarabağ” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 12-ci dəqiqəsində  “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə, klub 2000 manat cərimə olunub.

“Sumqayıt” – “Qəbələ” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub.

Xəbər xətti