Əvəzedicilərin də cəzaları bəlli oldu

16:55 - 24 Dekabr 2014

İntizam Komitəsinin qərarları

 

Bu gün AFFA İntizam Komitəsinin növbti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“İnter” - “Neftçi” matçında “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

“Xəzər Lənkəran” - AZAL matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

“Simurq” - “Bakı” matçında “Bakı”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Xəbər xətti