Ermənilər "Bakı-2015"də iştirakdan imtina etməyə səbəb görmürlər

18:00 - 24 Dekabr 2014

Yekun qərar fevral ayında açıaqlanacaq

 

Ermənistan Milli Olimpiya Komitəsi (MOK) Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirakdan imtina etməyə səbəb görmür.

Sportal.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə MOK-un baş katibi Qraçya Rostomyan deyib. Onun sözlərinə görə, indiki mərhələdə təhlükəsizlik və digər məsələlərlə bağlı bütün problemlər həll edilib.

MOK-un baş katibi vurğulayıb ki, Ermənistan idmançılarının Oyunlarda iştirakı barədə yekun qərar 2015-ci ilin fevralında veriləcək.

Qeyd edək ki, İlk Avropa Oyunları 2015-ci il iyunun 12-28 aralığında keçiriləcək. Ümumilikdə Bakıda 20 idman yarışı təşkil olunacaq.

Xəbər xətti