"Bakı-2015" Azərbaycana böyük uğur gətirəcək"

17:40 - 25 Dekabr 2014

"Yarışmanı yüksək səviyyədə keçirəcəyik"

 

"Deyə bilərik ki, hər gün Azərbaycanın bayrağı hansısa ölkədə yüksəklərə qalxır. Qazanılan medallardan 275-i qızıl medal olub və bu da o deməkdir ki, bu il 275 dəfə dünyanın müxtəlif ölkələrində Azərbaycanın Dövlət himni səslənib və bayrağı yüksəyə qalxıb".

Sportal.az "Trend"ə istinadən xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda 2014-cü ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasimdə deyib.

İdmançıların maddi-texniki bazasının daha da gücləndiyini söyləyən nazir qeyd edib ki, getdikcə idmançılarımızın da sayı çoxalır:

"Bu, gələcək nəslin sağlamlığıdır. Biz bu işləri davam etdirəcəyik və idmanımızı daha yüksək səviyyəyə qaldıracağıq".

İlk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini xatırladan A.Rəhimov bildirib ki, bu tədbir Azərbaycana böyük uğurlar gətirəcək, Bakının simasını dəyişəcək:

"Bakıda çoxlu quruculuq işləri görülür. Yarışların başlamasına qədər bütün idman strukturları hazır olacaq və yüksək standartlara cavab verəcək. İnanıram ki, bu yarışmanı yüksək səviyyədə keçirəcəyik".

Xəbər xətti