Arda Turan: "Türkiyəyə qayıtmayacam"

18:00 - 25 Dekabr 2014

Futbolçudan açıqlama

 

"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan maraqlı fikirlər söyləyib.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu karyerasının sonuna qədər ölkəsinə qayıtmağı düşünmədiyini deyib:

"Atletiko"da çox xoşbəxtəm. Avropadakı çıxışıma davam edəcəm. Karyeramın sonuna qədər Türkiyəyə qayıtmağı fikirləşmirəm".

Qeyd edək ki, Arda 2011-ci ildə "Qalatasaray"dan "Atletiko"ya transfer olunub.

Xəbər xətti