Naqelsman İngiltərə klubu ilə danışıq aparır

20:18 - 25 Mart 2023

"Bavariya"dakı işinə son verilən Yulian Naqelsman ingiltərəyə yollanmağa yaxındır. 

Sportal.az "Evening Standard"a istinadən xəbər verir ki, "Tottenhem" almaniyalı məşqçi ilə danışıqlara başlayıb.

Gənc mütəxəssis London klubunun rəhbərliyindən konkret cavab üçün vaxt istəyib. Əgər danışıqlar müsbət yekunlaşsa, Premyer Liqa klubunun yeni baş məşqçisi Naqelsman olacaq.

"Bavariya" iki gün öncə adıçəkilən məşqçini istefaya göndərərək, onun əvəzinə Tomas Tuxeli baş məşqçi postuna gətirmişdi. 
 

Xəbər xətti