“Bavariya” Bundesliqanın XI turunda “Hamburq”la qolsuz heç-heçə edib (0:0).

Sportal.az xəbər verir ki, Vensan Kompaninin komandası ardıcıl üç oyundur qələbə qazana bilmir. Münhen təmsilçisi bundan əvvəl Çempionlar Liqasında “Lill”ə (1:2) məğlub olub, Bundesliqada isə “Köln”lə (1:1) heç-heçə edib.

“Bavariya” 23 xalla Almaniya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. 24 xalla lider olan “Borussiya” sabah “Bayer”ə qalib gələcəyi təqdirdə xal fərqini 4-ə çatdıra bilər.