Əvəzedicilər Liqasında X turun qarşılaşmaları davam edir.

Sportal.az xəbər verir ki, bu gün turun daha üç görüşü keçirilib. “Sumqayıt-2” doğma meydanda “Şəfa-2”ni, “Qəbələ-2” isə “Qarabağ-2”ni məğlub edib. “Neftçi-2” səfərdə “Şamaxı-2” üzərində böyükhesablı qələbə qazanıb.

Əvəzedicilər Liqası

X tur | 28 noyabr

“Sumqayıt-2” – “Şəfa-2” 3:1

Qollar: Emil Həsənov, 50, 90+3, Nihad Orucəli, 66 – Ramin Nəsirli, 74 (pen.)

“Qəbələ-2” – “Qarabağ-2” 3:0

Qollar: Səbuhi Niftiyev, 33 (avtoqol), Hüseyn Xasməmmədli, 40, Ömər Kərimov, 90+3.

“Şamaxı-2” – “Neftçi-2” 1:6

Qollar: İsmayıl Səməndərli, 85 – Aslan Şirinov, 14, 51, Salumu Sissoko, 38, 60, Tunar Mehdiyev, 58, Altun Xancanlı, 63.