"Mançester Siti"nin futbolçusu "Bavariya"nın baş məşqçisini təriflədi

19:49 - 6 Aprel 2023

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan "Bavariya"nın baş məşqçisi Tomas Tuxel barədə danışıb.

Sportal.az xəbər verir ki, "Sport Bild"ə danışan almaniyalı futbolçu "Borussiya"da onunla birlikdə çalışmasını xatırlayıb:

"Tuxelin məşqi son dərəcə yüksək keyfiyyətli və gərgin keçirdi. O, detalları sevən biridir. Məsələn, görmək istədiyinizi sizə göstərmək üçün bir neçə epizodu kəsir. Yaxşı anlarda da eyni şeyi edir. Cəmi bir mövsüm olmasına baxmayaraq, bu, mənə çox böyük addımlar atmağa kömək etdi. Tuxel fikrini açıq deyən biridir. Bu, yaxşı haldır".

Xatırladaq ki, 49 yaşlı məşqçi 2015-2017-ci illərdə “Borussiya”da işləyib.

Xəbər xətti