"Bavariya" və "Barselona" niderlandlını istəyir

10:42 - 7 Aprel 2023

"Bavariya" və "Barselona" "Bayer"in futbolçusu Ceremi Frimponqla maraqlanır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Leverkuzenin futbolçusunun "Bavariya"ya transferinin daha inandırıcı olduğu bildirilir. Buna səbəb isə "Barsa"nın maliyyə feyr-pleyinə görə problemlər yaşamasıdır.

22 yaşlı niderlandlı Münhenə keçmək istəyir. Transferin yayda reallaşacağı gözlənilir.

Xəbər xətti