"İki-üç ildən bir komanda dəyişmək istəmirəm"

14:59 - 7 Aprel 2023

"Çelsi"nin yarımmüdafiəçisi Kay Havertz "Bavariya"nın onunla maraqlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportal.az xəbər verir ki, "goal.com"a danışan almaniyalı forvard məsələ haqda bu cür danışıb:

"Çelsi" ilə iki illik müqaviləm var. İki-üç ildən bir komanda dəyişmək istəmirəm. Mən Londonda olduqca rahatam. "Çelsi"ni və onların azarkeşlərini bəyənirəm".

23 yaşlı hücumçu 2020-ci ildə "Bayer"dən (Leverkuzen) "Çelsi"yə keçib. Onun "zadəganlar"la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq.

Xəbər xətti