"Borussiya" onunla müqavilə müddətini artıracaq

14:55 - 10 Aprel 2023

"Borussiya" Marko Roysla müqavilə müddətini uzadacaq. 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Dortmund təmsilçisi 33 yaşlı yarımmüdafiəçini 2024-cü il iyunun 30-na qədər komandada saxlamağı planlaşdırır. 

Roys 2012-ci ilin yayında Münhenqladbax "Borussiya"sından hazırkı klubuna keçib.

Dortmund klubunun kapitanı bu mövsüm Bundesliqada 18 oyunda 6 qol vurmağı bacarıb.

Xəbər xətti