"Bavariya" fransalıya qovuşdu

15:43 - 10 Aprel 2023

"Bavariya" Lukas Hernandesə qovuşub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sağ dizinin çarpaz bağlarının qopması səbəbindən uzun müddətdir yaşıl meydanlardan uzaq qalmış Hernandes artıq ilk məşqinə çıxıb. 

Müdafiəçi Qətərdə keçirilmiş dünya çempionatının Avstraliya ilə görüşündə zədələnmişdi. 

27 yaşlı müdafiəçinin Münhen klubu ilə müqaviləsi 2023/2024 mövsümünün sonuna qədərdir. 

Xəbər xətti