Türk futbolçu Almaniya millisinin kapitanı oldu

16:17 - 8 Sentyabr 2023

Almaniya milli komandasının yeni kapitanının adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, bu hüquq "Barselona"nın türk əsilli yarımmüdafiəçisi İlkay Gündoğana həvalə olunub. Baş məşqçi Hans-Diter Flik 32 yaşlı futbolçunun bundan sonra kapitan olacağını açıqlayıb.

Sosial şəbəkə hesabında paylaşım edən təcrübəli orta xətt oyunçusu çox xoşbəxt və qürurlu olduğunu bildirib.

Qeyd edək ki, İlkay Gündoğan 2011-ci ildən Almaniya yığmasının formasını geyinir. O, bundestimin heyətində meydana çıxdığı 67 rəsmi matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti