Klopp Almaniya millisi ilə bağlı qərar verdi

21:19 - 11 Sentyabr 2023

Hansi Fliki istefaya göndərən Almaniya Futbol Federasiyası milli komandaya yeni baş məşqçi axtarır.

Sportal.az xəbər verir ki, bundestimi çalışdırmağa namizədlərdən biri hazırda "Liverpul"un baş məşqçisi Yürgen Kloppdur. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Lakin alman mütəxəssis təklif gələcəyi təqdirdə, bunu qəbul etməyəcək. 56 yaşlı məşqçi Mersisayd təmsilçisindəki işinə davam etmək istəyir.

Qeyd edək ki, Yürgen Klopp 2015-ci ilin oktyabr ayından "Liverpul"un baş məşqçisidir. Onun İngiltərə kliubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti