Almaniya millisinin yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

16:33 - 22 Sentyabr 2023

Futbol üzrə Almaniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, dördqat dünya çempionlarını Yulian Naqelsmann çalışdıracaq. Bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

36 yaşlı mütəxəssislə Almaniyada keçiriləcək Avro-2024-ün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Naqelsmann yığmanın baş məşqçisi postunda bir neçə gün öncə istefaya göndərilmiş Hansi Fliki əvəz edib.

Xəbər xətti