"Bavariya"dan 7 cavabsız qol - VİDEO

19:59 - 23 Sentyabr 2023

Almaniya Bundesliqasında 5-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Bavariya" doğma meydanda "Bohum"u qəbul edib. Qarşılaşma Münhen təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 13-ə yüksəldən "Bavariya" çempionatın lideridir. 3 xal toplayan "Bohum" isə 14-cü yerdədir.

"Bavariya" - "Bohum" 7:0

Qollar: Şupo-Motinq, 4, Harri Keyn, 13, 54 (pen), 88, De Lixt, 29, Leroy Sane, 38, Matias Tel, 81

Xəbər xətti