"Borussiya" milli üzvünün müqaviləsini uzatdı

17:16 - 5 Oktyabr 2023

Almaniyanın "Borussiya" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi qapıçı Qreqor Kobelin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı qolkiper 2028-ci ilin yayına kimi "sarı-qaralar"ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Borussiya2 Qreqor Kobeli 2021-ci ilin yayında "Ştutqart"dan transfer edib. İsveçrə millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti