"Bavariya" milli üzvü ilə müqavilə imzaladı

16:30 - 6 Oktyabr 2023

Almaniyanın "Bavariya" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi Frans Kratsiqin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

20 yaşlı sol cinah müdafiəçisi 2027-ci ilin yayına kimi Bundesliqa təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, "Bavariya" Frans Kratsiqi 2017-ci ildə "Nürnberq" akademiyasından heyətinə cəlb edib. Almaniya U-20 millisinin üzvü cari mövsümdə Bundesliqada bir matça çıxıb.

Xəbər xətti