"Bavariya"nın müdafiəçisi sıradan çıxdı

20:48 - 17 Yanvar 2024

"Bavariya"nın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Matteys De Liqt sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı futbolçu məşq zamanı sol dizindən zədələnib. Onun müalicəsinə başlanılıb.

"Bavariya" Matteys De Liqti 2022-ci ilin yayında "Yuventus"dan transfer edib. 24 yaşlı mərkəz müdafiəçisi bu mövsüm komandanın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti