"Neftçi" müntəzəm mövsümü qələbə ilə başa vurdu

22:08 - 26 Aprel 2024

Bu gün Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 18-ci turunun üçüncü oyunu baş tutub.

Sportal.az xəbər verir ki, "Sərhədçi" və "Neftçi" klublarının qarşılaşdığı oyunu "Neftçi" 73-69 hesablı qələbə ilə tamamlayıb. Bu qələbə ilə "Neftçi" klubu müntəzəm mövsümü 5-ci pillədə tamamlayıb və pley-off 'da "Xırdalan" nın rəqibi olub.

Müntəzəm mövsümü 6-cı sırada bitirmiş "Sərhədçi" isə pley-offda "Xəzri" klubu ilə qarşılaşacaq.

Ən məhsuldar basketbolçular: "Sərhədçi" (Kaleb Hanter - 20 xal, 11 ribaund), "Neftçi" (Ceyms Haforn - 22 xal, 9 ribaund)

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında pley-off oyunları may ayında start götürəcək

Xəbər xətti