"Qəbələ" "Səbail"i məğlub etdi - YENİLƏNİB

20:56 - 6 May 2024

Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulub.

Sportal.az xəbər verir ki, sonuncu oyun günündə bir matç baş tutub.

Premyer Liqada sonuncu olacağı dəqiqləşən "Qəbələ" "Səbail"in qonağı olub. Matç "qırmızı-qaralar"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

6 may

19:00 "Səbail" - "Qəbələ" 2:3

Qollar: Aleksandr Ramalinqom, 17 (pen), Pedro Nuno, 40 (pen) - Osama Xalayla, 20, 56, Əyyub Allaş, 32

Baş hakim: Əli Əliyev
“ASCO Arena”

Xəbər xətti