"Bayer" yeni baş məşqçisini açıqladı

16:11 - 26 May 2025

Xabi Alonso ilə yollarını ayıran "Bayer"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisini Erik ten Haq çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı mütəxəssislə imzalanan müqavilənin detallları barədə məlumat verilməyib.

Qeyd edək ki, Erik ten Haq son olaraq "Mançester Yunayyted"in baş məşqçisi olub. 55 yaşlı çalışdırıcı ötən ilin oktyabr ayında istefaya göndərilib.

Xəbər xətti