Azərbaycan klubu “İmişli” 9 avqustda keçirilməsi planlaşdırılan “Şamaxı” ilə yoldaşlıq oyununun ləğv olunma səbəbini açıqlayıb.
Sportal.az xəbər verir ki, klubun yaydığı bəyanatda qeyd olunub ki, “İmişli” oyunun Bakıda təbii ot örtüyünə malik meydanda keçirilməsini təklif edib, lakin “Şamaxı” bu ideyadan imtina edib. Nəticədə qarşılaşma ləğv olunub.
Qeyd edək ki, bundan əvvəl “Şamaxı” klubu oyunun “İmişli”nin Şamaxıya gəlməkdən imtina etməsi səbəbindən baş tutmadığını açıqlamışdı.
saytlarin hazirlanmasi