"Neftçi"nin yollarını ayırdığı Alfa Konte özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun sərəncamında görmək istəmədiyi futbolçu İslandiyada oynayacaq.
O, həmin ölkənin "Styarnan" klubu ilə anlaşıb. Xatırladaq ki, Konte 2024-cü ilin yanvar ayında "Lokomotiv"(Plovdiv) klubundan "Neftçi"yə keçmişdi.