"Mançester Yunayted" "Real"a 100 milyon avro ödəməyə hazırdır VİDEO

20:58 - 20 Sentyabr 2025

"Real"ın futbolçusu Federiko Valverde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" uruqvaylı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" 27 yaşlı orta xətt oyunçusu üçün 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Real" Federiko Valverdeni 2016-cı ilin yayında ölkəsinin "Penyarol" klubundan transfer edib. Uruqvay millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti