PSJ-nin yarımmüdafiəçisi Joau Neveş karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Siti" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Şəhərlilər" Neveşi Rodrinin uzunmüddətli əvəzləyici kimi düşünür. "Mançester Siti" 20 yaşlı oyunçu üçün 120 milyon avroluq təklif hazırlayır.
Qeyd edək ki, PSJ Joau Neveşi ötən ilin yayında "Benfika"dan transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi