“Yuventus” yanvarda yarımmüdafiəni gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, Turin klubu artıq Sergey Milinkoviç-Saviç barədə sorğu göndərib. Bildirilir ki, “Al-Hilal”da iki ildən çox çıxış etdikdən sonra serb oyunçu yenidən top-liqaya qayıtmağa hazırdır.
Həmçinin, yay yaxınlaşdıqca “Sportinq”dən Morten Yulmandı almağa cəhd edilə bilər. Əvvəlcə Turin klubu 2021–2023-cü illərdə “Leçə”də çıxış etmiş danimarkalı oyunçunu transfer etmək istəyirdi.
saytlarin hazirlanmasi