Komanda yoldaşına şillə vuran Caner Erkin qırmızı vərəqə aldı - VİDEO

00:30 - 26 Sentyabr 2025

Türkiyə I Liqasında səfərdə “Pendikspor”a 1:4 hesabı ilə uduzan "Sakaryaspor"un futbolçusu Caner Erkin görüşdə mübahisəli epizodla yadda qalıb.

Sportal.az xəbər verir ki, 36 yaşlı müdafiəçi matçın 76-cı dəqiqəsində komanda yoldaşı Burak Altıparmağla yaşadığı mübahisədə şillə vurub. Baş hakim Erkinə birbaşa qırmızı vərəqə göstərib.

Həmin epizodun videosu ilə sizi tanış edirik:

Xəbər xətti