"Barselona" ispaniyalı yarımmüdafiəçi ilə müqavilə imzaladı

16:11 - 29 Sentyabr 2025

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi Mark Bernalın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya U-17 millisinin sabiq üzvü ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Mark Bernal "Barselona"nın yetirməsidir. 18 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti