“Karvan-Yevlax”ın legioneri Qavi Tompson Sportal.az saytına açıqlama verib. O, komandasının son turlardakı uğursuz nəticələrindən bəhs edib:
"Biz son matçda çox da yaxşı oynamadıq, istədiklərimizi edə bilmədik. Xüsusən də vacib anlarda. Kiçik səhvlər bizə baha başa gəldi. Bu səviyyədəki oyunlarda cəzasını ödəyirsiz. Düzdür, müdafiədə problemlər yaşadıq, lakin bu, təkcə arxa xətlə bağlı deyil. Müdafiə bütün komandadan başlayır. Asanlıqla qollar buraxmamağa çalışırıq. Əlbəttə ki, heç kim turnir cədvəlində aşağı pillələrdə olmaqdan məmnun deyil. Ancaq hələ nəsə demək tezdir və biz yuxarı qalxa biləcəyimizə inanırıq. Əsas odur ki, konsentrasiyamızı yaxşı salamaq və matçlar keçdikcə oyunumuzu təkmilləşdirməyə davam etməkdir".
Yevlax təmsilçisinin legioneri Misli Premyer Liqasının 6-cı turunun "Neftçi"yə qarşı keçiriləcək görüşündən gözləntiləri ilə bağlı isə bunları deyib: "Hər oyun çətin olur. Xüsusən də “Neftçi” kimi güclü komanda ilə səfərdə oynamaq çətindir. Amma biz “Neftçi”dən çəkinmirik, lakin onlara hörmət edirik. İntizamlı olub öz oyunumuzu oynasaq, mütləq xal qazana bilərik. Bəli, "Neftçi"nin son oyundakı qələbəsi onlara inam verəcək. Amma eyni zamanda, bu, bizi də motivasiya edir. Biz onların güclü olacağını bilirik və biz məhz bu cür çağırışlara hazırlaşırıq".
saytlarin hazirlanmasi