İspaniyada Superkubokun keçiriləcəyi məkan bəlli oldu

00:56 - 30 Sentyabr 2025

2026-cı ildə İspaniya Superkuboku Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.

Sportal.az xəbər verir ki, ikinci il ardıcıl və tarixdə üçüncü dəfə turnirin oyunları “Kral Abdullah Sports City” stadionunda oynanacaq. İspaniya Superkuboku “dördlər finalı” formatında keçirilir: 7 və 8 yanvarda iki yarımfinal, 11 yanvarda isə final oyunu olacaq.

Yarımfinallardan birində “Barselona” ilə “Atletik” qarşılaşacaq, digərində isə “Real” və “Atletiko” üz-üzə gələcək.

Xəbər xətti